Sumqayıtda qatar benzin daşıyan avtomobillə toqquşdu – Xəsarət alan var+Fotolar

Sumqayıtda qatar benzin daşıyan avtomobillə toqquşdu  – Xəsarət alan var+Fotolar</b>

Bu gün axşam saat 22:28 radələrində 77 BZ 281 dövlət qeydiyyat nişanlı benzin daşıyan (boş vəziyyətdə) avtomobil dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Sumqayıtçay stansiyasının çıxışında hərəkətdə olan teplovozun qarşısına çıxıb.

Bu ADY-dən məlumat verilib.

Bildirilib ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb. Nəticədə teplovoz relsdən çıxıb, avtomobilin sürücüsü xəsarət alıb.

“Hadisə ilə bağlı araşdırma aparılır.

ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Unutmaq olmaz ki, yol həmişə qatarındır”, – deyə əlavə edilib.


Qafqazinfo.