Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin 45-ci məhəllə ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında park edilmiş “Chevrolet”, “Opel” və “Hyundai” markalı maşınlara çırpılıb.

Report.