Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Chevrolet Malibu” markalı avtomobil yolu keçən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Report.