Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb

Sumqayıt şəhərində 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb.

2005-ci il təvəllüdlü Adil Kərimov iyulun 13-də saat 23:00 radələrində yaşadığı evdən çıxaraq Sumqayıt Bulvarı istiqamətinə yollanıb. Həmin vaxtdan etibarən ondan xəbər almaq mümkün olmayıb.

Aparılan axtarış tədbirləri nəticəsində Adil Kərimovun meyiti dənizdə tapılıb.

Report.