Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.
Belə ki, yaşadığı evdə dərman qəbul edən 1978-ci il təvəllüdlü Əhmədov Aslan Mustafa oğlu halı pisləşdiyi üçün zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin göstərdiyi yardımlara baxmayaraq, ölüb.
Report.