Su xəttindəki qəza 25 dəqiqəyə aradan qaldırıldı – Foto

Su xəttindəki qəza 25 dəqiqəyə aradan qaldırıldı  – Foto

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D yaşayış massivi 29-cu binanın yaxınlığında avqustun 19-u saat 08:45-də diametri 110 mm olan içməli su xəttində qəza baş verib.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq həmin ünvanda 08:55-də işə başlayıb. Saat 09:10-da axıntının qarşısı alınıb, saat 11:45-də su xəttində qəza tam aradan qaldırılıb.

Qafqazinfo.