Son günlər Samux və Gəncədə yas mərasimlərində qida zəhərlənmələri hadisələrində 48 nəfər zərər çəkib.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin zəhərlənmə hadisələrinin səbəbinin lavaş olduğu müəyyənləşib:
“İlk hadisə ilə bağlı istehlak edilən bütün qida məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. Ardıcıl zəhərlənmə faktları hadisələrin daha ətraflı araşdırılmasını zəruri edib. Aparılan araşdırmalar zamanı hər iki hadisədə ortaq şübhəli qida məhsulunun lavaş olduğu müəyyənləşdirilib. Məlum olub ki, Gəncədə qida təhlükəsizliyi nəzarətindən kənarda, ev şəraitində qanunsuz şəkildə istehsal edilən lavaş satışa çıxarılıb. Məhsulun paylanma zənciri müəyyən edilib və dövriyyədən çıxarılaraq satışının qarşısı alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları ilə birgə müvafiq araşdırma və digər zəruri tədbirlər davam etdirilir.
XƏBƏR YENİLƏNİR