Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın 1-dən iyulun 1-dək – red) maqnitudası 3-dən yuxarı 59 zəlzələ qeydə alınıb.
“Report”un Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında ardıcıl çıxan statistikaya əsasən apardığı hesablamaya görə, yeraltı təkanlardan 52-nin maqnitudası 3 və 3-dən yuxarı, beşinin maqnitudası isə 4 və 4-dən yuxarı, ikisinin isə maqnitudası 5 və 5-dən yuxarı olub.
Həmin dövrdə baş verən təkanlar Xəzər dənizi, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Şəki, Astara, Biləsuvar, Lerikdə qeydə alınıb.
Bundan başqa, son 6 ayda iki sürüşmə hadisəsi də baş verib.
Report.