Sobyanin: Moskva regionu istiqamətində 430 PUA uçub, böyük hissəsi məhv edilib

Sobyanin: Moskva regionu istiqamətində 430 PUA uçub, böyük hissəsi məhv edilib

Moskva regionu istiqamətində 430-dan çox pilotsuz uçuş aparatı (PUA) uçub, onların böyük bir qismi məhv edilib.

Bunu Moskva meri Sergey Sobyanin bidirib.

“Axşam saatlarından səhər saat 6-ya qədər Moskva regionu istiqamətində 430-dan çox pilotsuz uçuş aparatı uçub. Böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib”, – məlumatda qeyd olunub.

O, həmçinin bildirib ki, 36 PUA Moskvaya yaxınlaşarkən məhv edilib.

Moskva aviasiya qovşağının hava limanları reyslərə razılaşdırılmış qrafik əsasında xidmət göstərmə rejiminə keçib.

Report.