Sobyanin: Bazar ertəsi axşamdan etibarən Moskva regionu istiqamətində 237 PUA uçub

Sobyanin: Bazar ertəsi axşamdan etibarən Moskva regionu istiqamətində 237 PUA uçub

Bazar ertəsi axşam saatlarından çərşənbə axşamı səhər saatlarınadək Moskva regionu istiqamətində 237 pilotsuz uçuş aparatı (PUA) uçub.

“10.08.2026-cı il saat 20:30-dan 11.08.2026-cı il saat 08:30-dək olan müddətdə Moskva regionu istiqamətində 237 PUA uçub. Onların böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib”, – o bildirib.

Sobyanin əlavə edib ki, qeyd olunan müddət ərzində Moskvaya yaxınlaşarkən 13 PUA məhv edilib.

Report.