Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 10-a çatıb

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 10-a çatıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kiprin Girne şəhəri yaxınlığında ötən bazar günü qəzaya uğrayan sərnişin gəmisində itkin düşən daha bir şəxsin meyitinin tapıldığını açıqlayıb.

“Bununla da qəza nəticəsində ölənlərin sayı 10-a çatıb”, – o bildirib.

Report.