Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti daha 7 gün uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti növbəti dəfə 7 gün uzadılıb.

Bu barədə “Report”a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib

Növbəti məhkəmə oktyabrın 30-da baş tutacaq.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb, 239 nəfər xilas olunub. Ölənlərin sayı 26-ya çatıb, itkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər saxlanılıb.

YENİLƏNİR

Report.