Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti yenidən uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti yenidən uzadılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.

Bu barədə “Report”a saxlanılan Azərbaycan vətəndaşı Rəşad İbrahimovun bacısı Türkan Təhməzova bildirib.

Belə ki, gəminin batması nəticəsində Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib. Növbəti məhkəmə prosesi sentyabrın 25-də baş tutacaq.

Report.