“Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq”

“Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq”

“Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, avqustun 15-dən Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq: “Proses 10-11 ay davam edəcək. “Nizami” – “28 May” stansiyaları arasında sərnişinlərin daşınması üçün ekspres avtobuslar isə ödənişli olacaq”, – o əlavə edib.

B.Məmmədov hələ ki gedişhaqqı qiymətlərinin müəyyənləşdirilmədiyini bildirib.

Gülnar Əliyeva

Qafqazinfo.