“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” – QMİ sədri

“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir”  – QMİ sədri

“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O qeyd edib ki, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir.

“Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”, –  Allahşükür Paşazadə bildirib.

APA , Qafqazinfo.