Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrda Ermənistana səfər edəcək.
Bu, Türkmənistan lideri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı məlum olub.
Söhbət zamanı tərəflər Ermənistan-Türkmənistan münasibətlərinin gələcək inkişafı və ikitərəfli gündəliyə dair məsələləri müzakirə ediblər.
N.Paşinyan və S.Berdiməhəmmədov ticari-iqtisadi əlaqələrin genişləndirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.
Report.