İranın Məşhəd şəhərində naməlum şəxslər “Bəsic” üzvlərinə atəş açıb, iki nəfər ölüb.
Bu barədə məlumatı İslam İnqilabı Keşiçiləri Korpusu (SEPAH) “Telegram” kanalında yayıb.
“Atəş səsləri həmçinin ziyarətgah ərazisində də eşidilib”, – məlumatda bildirilib və əlavə edilib ki, atışma Fakuri bulvarında baş verib.
Qeyd olunub ki, hərbi geyimli iki naməlum şəxs tapançadan istifadə edərək “Bəsic” dəstəsinin bir qrup üzvünə atəş açıb: “Nəticədə onlardan biri hadisə yerində, digəri isə xəstəxanada həyatını itirib.
Hücum edənlər gizləniblər. Təhlükəsizlik qüvvələri bu terror aktında günahkar olanların müəyyən edilməsi və saxlanılması istiqamətində səylərini davam etdirirlər”.
Report.