SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib

SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib

ABŞ rəsmilərinin Hörmüz boğazının açıq olması barədə açıqlamaları həqiqəti əks etdirmir.

Ranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bununla bağlı bəyanat yayıb.

“Amerika rəsmilərinin Hörmüz boğazının açıq olması barədə açıqlamaları açıq-aşkar yalandır, yalnız neft qiymətlərinə nəzarət və öz məğlubiyyətlərini ört-basdır etmək məqsədi daşıyır”, – SEPAH-dan bildirilib.

Bəyanatda qeyd olunub ki, strateji su yolu olan Hörmüz boğazı İranın nəzarətindədir: “İslam döyüşçülərinin bu strateji su yolu üzərində nəzarəti tamamilə qətidir və Hörmüz boğazı bütün gücü ilə İranla razılaşdırılmadan keçmək niyyətində olan bütün gəmilərin üzünə bağlıdır.

Bu proses Amerika ordusunun təhdidləri sona çatana və Ağ Ev müəyyən edilmiş öhdəlikləri (İslamabad Anlaşma Memorandumunun bəndlərini-red.) yerinə yetirənə qədər davam edəcək”.

Report.