İran raketləri trayektoriyasını dəyişmək imkanına malikdir.
Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi deyib.
“Raketlərimiz tuşlama sisteminə malikdir və onların bəziləri düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərindən yan keçmək üçün trayektoriyasını dəyişə bilir”, – SEPAH-dan bildirilib.
Əlavə olunub ki, raket üçün konkret zərbə obyekti müəyyən edilsə belə, uçuş prosesində ikinci hədəf təyin edilə bilər.
Report.