SEPAH: İranın cənubunda partlayışlar baş verib

SEPAH: İranın cənubunda partlayışlar baş verib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Telegram” kanalında ölkənin cənubunda partlayış səslərinin eşidilməsi barədə məlumat yayılıb.

Dağıntı və tələfat barədə informasiya açıqlanmayıb.

“Tasnim”də yayılan məlumata görə, Qeşm şəhəri də raket hücumuna məruz qalıb: “Şəhərdə üç partlayış səsi eşidilib. Bəzi yerli sakinlərin sözlərinə görə, raket yaşayış ərazisinə düşüb, lakin mümkün insan itkisi barədə hələlik məlumat yoxdur”.

Buşehrin də hava hücumunu məruz qaldığı qeyd olunub.

Xuzistan vilayət rəhbərliyindən bildirilib ki, liman şəhəri olan Abadan da bombalanıb.

Report.