SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə iki terrorçu dəstəyə qarşı əməliyyat keçirib.

Ranın cənub-şərqində terrorçu qruplaşmalara qarşı kəşfiyyat tədbirlərinin davamında Saravan və İranşəhr bölgələrində iki dəstə müəyyən edilib və üzvləri həbs olunublar.

“Həbs edilən dəstələr İranşəhr və Saravanda bir neçə terror əməliyyatı həyata keçirməyi planlaşdırırdı, lakin kəşfiyyat orqanlarının qabaqlayıcı tədbiri nəticəsində uğursuzluğa düçar olublar”, – məlumatda bildirilib.

Report.