İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər.
Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhibi bildirib.
“Danışıqlar zamanı boğaz sularında hər bir tərəfin payı, həmçinin İran və Omanın gəlirlərinin payı ilə bağlı razılaşmalar əldə olunub. Hörmüz bizim nəzarətimizdədir və Fars körfəzində düşmənin heç bir hərbi gəmisi yoxdur”, – deyə o bildirib və qeyd edib ki, düşmənin bütün döyüş gəmiləri Hörmüz boğazından ən azı 400 kilometr məsafədə yerləşir.
Möhibi vurğulayıb ki, ABŞ münaqişənin dayandırılması haqqında memorandumun şərtlərinə, o cümlədən “bütün cəbhələrdə” döyüşlərin dayandırılması və dəniz blokadasının ləğv edilməsi ilə bağlı müddəalara riayət etməyənə qədər boğaz bağlı qalacaq.