SEPAH Hörmüz boğazından keçmək istəyən gəmilərin qarşısını kəsib

SEPAH Hörmüz boğazından keçmək istəyən gəmilərin qarşısını kəsib

Qaydaları pozan iki gəmi Hörmüz boğazının təhlükəli ərazisində qəzaya uğrayıb və daha iki gəmi bu marşrutla hərəkəti davam etdirməkdən imtina edib.

Bu barədə İslam İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.

“Bir neçə saat əvvəl ABŞ-nin dəstəyi ilə qəsdən hərəkət edən dörd gəmi, nizamı pozmağa və təhlükəli marşrutla Hörmüz boğazından çıxmağa cəhd edərək naviqasiya sistemlərini söndürüb və nəzarət bazasının xəbərdarlıqlarına məhəl qoymayıb”, – bəyanatda qeyd olunub.

Əlavə edilib ki, bu gəmilərdən ikisi dayandırılıb, digər ikisi isə hərəkəti davam etdirməkdən imtina edib.

SEPAH bəyan edib ki, Hörmüz boğazına nəzarət tamamilə İranın səlahiyyətindədir və yeganə təhlükəsiz marşrut dəqiq müəyyən edilmiş yoldur: “Əvvəllər də deyildiyi kimi, icazə olmadan Hörmüz boğazından bir damla da olsun neft-qaz keçməyəcək.

Report.