Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən, xam neft daşıyan supertanker elan edilmiş yüksək təhlükəli yolda dəniz minasına çırpılaraq şiddətli partlayışa məruz qalıb”, – bəyanatda bildirilib.
Qeyd olunub ki, tanker naviqasiya və mövqe təyinetmə sistemlərini söndürüb.
Report.