SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb

SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb.

SEPAH-ın bu barədə bəyanatını “Tasnim” agentliyi yayıb.

Bəyanatda SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı üzərində tam nəzarəti davam etdirdiyi qeyd olunub.

“Bir neçə saat əvvəl xəbərdarlıqlarımıza məhəl qoymadan təhlükəli və qanunsuz marşrutla hərəkətə davam edən, qaydanı pozan üç neft tankeri hədəf alınaraq dayandırılıb”, – bəyanatda vurğulanıb.

Report.