SEPAH: Hörmüz boğazında neft tankeri partlayıb

SEPAH: Hörmüz boğazında neft tankeri partlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda neft tankerinin dəniz minalarına çırpılması nəticəsində partladığını açıqlayıb.

Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, “Algaya” adlı neft tankeri Hörmüz boğazının cənubundakı qadağan olunmuş ərazidən keçməyə çalışarkən dəniz minalarına çırılıb və nəticədə partlayış baş verib.

Məlumata görə, tankerdə baş verən yanğının söndürülməsi və nəzarətə götürülməsi istiqamətində aparılan cəhdlər nəticə verməyib. Nəticədə neft tankerinin tamamilə yanıb.

SEPAH bildirib ki, daha əvvəl qanunsuz marşrutun təhlükəli olması barədə xəbərdarlıq edilib.

Report.