SEPAH Hörmüz boğazında ABŞ ilə əlaqəli üç gəmini hədəf alıb

SEPAH Hörmüz boğazında ABŞ ilə əlaqəli üç gəmini hədəf alıb

ABŞ ordusu Hörmüz boğazında İranın üç neft tankerini hücuma məruz qoyub zərər vurduğu üçün Tehran Amerikaya qarşı cavab tədbirləri görəcək.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) bəyanatında qeyd olunub.

“SEPAH-ın HDQ-si Hörmüz boğazının icazəsiz marşrutunda olan üç neft tankerini və başqa bölgələrdə Amerikaya bağlı üç gəmini hədəfə alıb”, – bəyanatda vurğulanıb.

Bundan başqa, SEPAH Fars körfəzi və Hörmüz boğazı yaxınlığında olan bütün gəmilərə xəbərdarlıq edib: “Amerika ordusunun vədlərinə uymayın və icazəsiz su yollarından keçmək məqsədilə hər hansı şübhəli hərəkətdən çəkinin, əks halda hədəfə alınacaqsınız”.

Report.