SEPAH Fars körfəzində ABŞ-ın hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb

SEPAH Fars körfəzində ABŞ-ın hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb

İranın hərbi əməliyyatları Fars körfəzi bölgəsində ABŞ-ın hücum infrastrukturunun məhv edilməsinə yönəlib.

Bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general Hüseyn Möhibi bildirib.

“Düşmən (ABŞ – Qeyd) düşünməməlidir ki, hazırkı döyüş taktikasını bizə qəbul etdirə biləcək. Hazırda İran qüvvələrinin əməliyyatları bölgədə ABŞ-ın hücum infrastrukturuna zərbələr endirərək onu məhv etməyə yönəlib”, – o əlavə edib.

Report.