SEPAH: ABŞ-nin “Tomahawk” raketi məhv edilib

SEPAH: ABŞ-nin “Tomahawk” raketi məhv edilib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin “Tomahawk” raketini məhv edib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Kirman vilayətinin Kəhnuc rayonunda Amerikanın “Tomahawk” raketi məhv edilib”, – SEPAH-dan bildirilib.

Qeyd olunub ki, bu əməliyyat ölkənin hava məkanının daimi monitorinqi çərçivəsində və bu bölgədə yerləşdirilmiş raket bölmələrinin operativ reaksiyası ilə həyata keçirilib.

Bundan başqa, İranın Küveytdəki “Əli əs-Salim” bazasına pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumu, həmçinin bu bazada yerləşən “Patriot” hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə məlumat yayılıb. Küveyt quru qoşunlarının qərargahı da hücuma məruz qalıb.

Report.