İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İranın Lark adasına hücumuna cavab verəcək.
“Amerika Lark adasına hücum edib, bir neçə döyüşçümüz, həmvətənimizin şəhid olmasına və yaralanmasına səbəb olub.
Bu addım cavablandırılacaq və təcavüzkarın cəzalandırılması ilə nəticələnəcək”, – SEPAH-dan bildirilib.
Xatırladaq ki, ABŞ ordusu İranın Lark adasına dron hücumu edib. İlkin məlumata görə, iki nəfər ölüb, iki nəfər yaralanıb.
Report.