İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
“Küveytin Əl-Doha hərbi bazasında yerləşən Amerika ordusunun sursat anbarlarına və quru qoşunlarının logistik idarəetmə mərkəzinə PUA ilə zərbə endirilib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, Küveytin paytaxtının (Küveyt) sahilyanı rayonu olan Əl-Doha ABŞ-nin ən mühüm hərbi bazalarından biridir:
“Əl-Doha həmçinin Yaxın Şərqdə yerləşdirilmiş Amerika hərbçiləri üçün dəstək mərkəzidir. Burada ABŞ quru qoşunları, eləcə də hərbi dəniz qüvvələri, aviasiyasının texnika və şəxsi heyəti yerləşdirilib”.
Report.