İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) Bəndər-Abbas və Lar şəhərlərinin səmasında ABŞ-nin iki ədəd “Lucas” pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb.
Bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
“Bir neçə dəqiqə əvvəl Bəndər-Abbas və Larda İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən Amerikanın iki ədəd “Lucas” pilotsuz təyyarəsi məhv edilib”, – açıqlamada deyilir.
Report.