SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib

SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib

İran ordusu ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.

“Bəhreynin əs-Səxir hava limanında yerləşən ABŞ bölmələrinin pilotsuz uçuş aparatlarının (PUA) saxlanc və təmir anqarlarına hücum edilib, obyektlər məhv olunub”, – bəyanatda vurğulanıb.

Bununla yanaşı, Bəhreynin Salman limanında TF59 üzən vasitələrinin hazırlıq məntəqələrinə zərbələr endirilib: “Küveytin Arifcan bazasında xüsusi dəniz təyinatlı qüvvələrinin yerləşmə, dəstək və təchizat anbarları tamamilə məhv edilib.

Çoxlu sayda raket və PUA-larla ABŞ ordusunun hücumlarına cavab zərbələri endirilir”.

SEPAH-dan bildirilib ki, İranın silah-sursat ehtiyatları tükənmir və ABŞ-nin bununla bağlı iddiaları həqiqəti əks etdirmir.

Report.