SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb

SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq və dislokasiya anqarı və qırıcı sığınacaqları hədəfə alıb.

Amerikanın İordaniyadakı Əl-Əzrəq bazasına ağır raket zərbələri endirilib.

“Təcavüzkarı cəzalandırmaq məqsədilə keçirilən bu əməliyyatda ballistik raketlərin ağır hücumu ilə F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq və dislokasiya anqarı və qırıcı sığınacaqları vurulmuş və inadkar düşmənə ağır ziyan dəyib”, – SEPAH-ın bəyanatında bildirilib və əlavə edilib ki, ABŞ-nin heç bir hücumu cavabsız qalmayacaq.

Report.