İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) rəsmi nümayəndəsi Hüseyn Möhəbbə bəyan edib ki, iyulun 17-dən İran Silahlı Qüvvələri ABŞ-nin 11 ədəd hava hərbi texnikasını yerdə məhv edib.
Bu barədə Möhəbbə Tasnim agentliyinə müsahibəsində bildirib.
“İyulun 17-dən İran Silahlı Qüvvələri regiondakı Amerika hərbi bazalarında yerləşən və yerdə olan 11 ABŞ qırıcısını və təyyarəsini məhv edib”, – deyə o əlavə edib.
Report.