SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

İran Silahlı Qüvvələri Vaşinqton tərəfindən atəşkəsin pozulmasından sonra Yaxın Şərqdə ABŞ bazalarında yerləşdirilmiş 200-dən çox Amerika hərbçisini məhv edib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbi bildirib.

“”Qələbə-2″ cavab əməliyyatı zamanı həlak olan amerikalıların sayı 200 nəfəri ötür, yaralananların sayı isə bu rəqəmdən xeyli çoxdur”, – deyə o, bildirib.

Report.