Bu ilin sentyabr ayında Yunanıstan-Azərbaycan arasında biznes forum təşkil ediləcək.
Bununla bağlı müzakirələr agentliyin icraçı direktoru Yusif Abdullayev və Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou ilə keçirilən görüşdə aparılıb.
Görüş zamanı Y. Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan və Yunanıstan arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verib. Bu çərçivədə sentyabrda keçirilməsi planlaşdırılan Yunanıstan-Azərbaycan biznes forumunun təşkili ilə bağlı məsələlər də müzakirə olunub.
Report.