Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb

Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.

Hadisə Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakini 1981-ci il təvəllüdlü Əli Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin toqquşub.

Nəticədə 6 nəfər ölüb, 6 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Report.