Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli bilinir

Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli bilinir

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən onun 16 yaşlı bacısı saxlanılıb.

Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

2014-cü il təvəllüdlü Ə. N bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən ölüb.

TƏBİB-dən bildirilib ki, iyulun 24-də saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

Report.