Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə saat 20 radələrində Şəki-Oğuz avtomobil yolunun rayonun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib.

Vüsal Qarayev idarə etdiyi avtomobillə piyada, 51 yaşlı Rizvan Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Report.