Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Əli Quliyevin oğlu vəfat edib.
Şəhidin böyük oğlu Mürsəl Quliyev ağır xəstəlik səbəbindən həyatını itirib.
Qeyd edək ki, Əli Tədbir oğlu Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub. 18 il Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Vətən müharibəsi zamanı – 2020-ci il oktyabrın 27-nə keçən Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Çoxsağylı medal və ordenlərlə təltif edilib.

Qafqazinfo.