Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü

Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü

Qazaxda 1 yaşlı uşaq qəfil vəfat edib.

Məlumata görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Belə ki, I Qarabağ müharibəsi şəhidi Fidat Məmmədovun 1 yaş 2 aylıq nəvəsi Müjgan Ülvi qızı Məmmədli hərarətinin yüksəlməsi səbəbindən həyatını itirib.

Bildirilib ki, ailə üzvləri təcili tibbi yardıma müraciət edib. Lakin briqada çatana kimi uşaq vəfat edib.

Qafqazinfo.