Mikayıl Cabbarov: “Azərbaycan uzunmüddətli tərəfdaşlıqları yeni investisiyalara çevirməyi hədəfləyir”

Azərbaycan uzunmüddətli tərəfdaşlıqları yeni investisiyalara çevirməyi hədəfləyir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çıxışı zamanı bildirib.

O vurğulayıb ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin Müqaviləsi” Azərbaycan ilə dünyanın aparıcı enerji şirkətləri arasında güclü əməkdaşlıq modelini bərqərar edib:

“Artıq üç onillikdən çoxdur ki, tərəfdaşlarla əl-ələ verib çalışaraq, biz yalnız öz ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməmişik, həm də regionda və onun hüdudlarından kənarda bir sıra ölkələr üçün etibarlı enerji təchizatçısı kimi çıxış edirik. Uzunmüddətli tərəfdaşlıqlar yeni investisiya və təkrar investisiyalar yaratmağa davam edir və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin çoxu mənfəətlərini yenidən bura yatırmağı seçirlər”.

Report.