Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan ölkənin müstəqilliyinin 35-ci ildönümü ilə əlaqədar 852 məhkumu əfv edib.

Bu barədə Özbəkistan mediası məlumat yayıb.

Onlardan 604 nəfər cəzadan tam azad edilib, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin həbs müddəti isə azaldılıb.

Report.