Rusiyanın Sankt-Peterburq şəhərində beş nəfər meymun çiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib və tibbi müayinə altındadır.
Bu barədə “Rospotrebnadzor”un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi məlumat verib.
“Beş nəfər xəstəxanaya yerləşdirilib və tibbi müşahidə altındadır. Dezinfeksiya üçün göstəriş verilib”, – agentlik quruma əsasən bildirib.
Qeyd olunur ki, “Rospotrebnadzor”un mütəxəssisləri meymunçiçəyinə yoluxma ehtimalı barədə məlumat aldıqdan sonra dərhal sanitar-epidemioloji araşdırmaya başlayıblar.
Report.