Sandra Audirk ABŞ-nin Ukrayna üzrə müvəqqəti işlər vəkili təyin edilib

Sandra Audirk ABŞ-nin Ukrayna üzrə müvəqqəti işlər vəkili təyin edilib

Sandra Audirk ABŞ-nin Ukrayna üzrə yeni müvəqqəti işlər vəkili olub.

Bu barədə ABŞ-nin Ukraynadakı səfirliyinin saytında bildirilib.

S.Audirk – ABŞ diplomatik xidmətinin ali korpusunun (Senior Foreign Service) nümayəndəsidir, o, 30 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində Birləşmiş Ştatların maraqlarını təmsil edir.

Report.