Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb.
Hadisə rayonun Sərkar kənd yolunda baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov “VAZ-2107” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb. Avtomobil zərbənin təsirindən iki hissəyə bölünüb və sürücü ağır xəsarət alıb.
H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Report.