Samuxda “MAZ” çaya aşdı – Ölən və xəsarət alanlar var

Samuxda “MAZ” çaya aşdı  – Ölən və xəsarət alanlar var</b>

Samuxda ölümlə nəticələnən hadisə baş verib.

Hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “MAZ” markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib.

Ölən şəxsin Dövlət Sərhəd Xidmətinin əsgəri olduğu ehtimal edilir. Onun axtarışları davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Qafqazinfo.