Samuxda kütləvi zəhərlənmə – Daha 5 nəfər xəstəxanalıq oldu

Samuxda kütləvi zəhərlənmə  – Daha 5 nəfər xəstəxanalıq oldu

Samux rayonunda qidadan kütləvi zəhərlənmə olub.

Hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

İlkin məlumata görə, zəhərlənmə səbəbilə 5 nəfər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxananın İnfeksion xəstəliklər bölməsinə yerləşdirilib.

Məlumata əsasən, zəhərlənmənin ət məhsulundan baş verdiyi ehtimal olunur. Xəstəxanaya yerləşdirilən şəxslərin Kəlbəcər və Daşkəsən rayonlarından, həmçinin Gəncə şəhərindən olduğu bildirilir.

Xəstəxanaya yerləşdirilənlər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev və 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.

Faktla bağlı araşdırma aparılır.

***

Samux rayonunda ət məhsulundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı artıb.

Xəstəxanaya sözügedən faktla bağlı daha 5 nəfər gətirilib.

Bunlar 2001ci il təvəllüdlü Vəliyeva, 1977 ci il təvəllüdlü Günay Əliyeva 1986-cı il təvəllüdlü Nargilə Babayeva, 1974 cü il təvəllüdlü Tünzalə Cabbarova, və 1984 cü il  təvəllüdlü Şəmil Hacıyev, Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın yolxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.

Hazırda onların tibb müəssisəsində müalicələri davam edir.

Yunis Quliyev

Qafqazinfo.