Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu  – Yerindəcə öldü

Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Alçalı kənd sakini 1956-cı il təvəllüdlü Nəcəf Hüseynov yolu keçmək istəyən zaman “Audi” markalı avtomobil onu vurub.

İlkin məlumata görə, müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Qafqazinfo.